Onlayn ictimai-siyasi qəzet
"Neftçi" klubu Fransa təmsilçisi "Monpelye"də çıxış edən Falaye Sakonu azad agent kimi heyətinə qatıb.
"Ağ-qaralar" 30 yaşlı sağ cinah müdafiəçisinin keçidini sosial şəbəkə hesabında açıqlayıb.
Mali millisinin üzvünün Bakı təmsilçisindəki sözləşməsinin detalları açıqlanmasa da, onunla iki mövsümlük anlaşma əldə edilib.
Qeyd edək ki, Falaye Sako 2023-cü ildən "Monpelye"nin formasını geyinib. Komanda ötən mövsüm Liqa 1-də 16 xalla sonuncu olub və aşağı liqaya düşüb.//Oxu.az
14 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ