İnsanlara hürriyət, millətlərə istiqlal!

"Taliban"dan SƏRT QADAĞA - 60 min qadın işsiz qaldı

"Taliban" Kabildə yüzlərlə qadın gözəllik salonunu bağlayıb.

Musavat.com xəbər verir ki, bu barədə "Tolo News" məlumat yayıb.

Şahidlərin sözlərinə görə, evlərdə axtarış aparan "Taliban" üzvləri salonları müəyyən edərək avadanlıqları dağıdıb və ya müsadirə edib.

Qeyd olunur ki, əvvəllər gözəllik salonlarında çalışan 60 minə yaxın qadın işsiz və gəlirsiz qalıb. Onların bir çoxu ailəsinin əsas dolanışıq mənbəyi idi.

Nəşr yazır ki, "Taliban" qadınları sosial və iqtisadi həyatdan tədricən uzaqlaşdırmaq siyasətini qəbul etdikdən sonra vəziyyət daha da ağırlaşıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR