İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıda işləmiş İran rəsmisindən Vaşinqton sülhünə sərt və tərs reaksiya: “Trampın iştirakı müəmmalı və təhlükəlidir”

İranın Azərbaycandakı keçmiş səfiri, hazırda İran prezidentinin Protokol İdarəsinin rəisinin müavini Seyid Abbas Musəvi ABŞ prezidenti Donald Trampın Azərbaycan-Ermənistan danışıqlarında iştirakını “maraqlı, müəmmalı və təhlükəli” adlandırıb.

Musavat.com xəbər verir ki, Musəvi İran mediasına verdiyi açıqlamada bildirib:

“Trampın bu mövzuya – Azərbaycan və Ermənistan məsələsinə – müdaxiləsi diqqətçəkici, şübhəli və risklidir”.

O, Trampın prosesdə iştirakı ilə bağlı əlavə şərh verməsə də, İran tərəfinin ABŞ-ın Cənubi Qafqazdakı sülh təşəbbüslərinə ehtiyatla yanaşdığı açıq görünür.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR