Onlayn ictimai-siyasi qəzet
ABŞ, Ukrayna və bəzi Avropa ölkələrinin nümayəndələri prezident Donald Tramp və Vladimir Putin arasında keçiriləcək görüş öncəsi mövqeləri razılaşdırmaq üçün bu həftə sonu Böyük Britaniyada görüşəcəklər.
Musavat.com xəbər verir ki, məlumatı mənbələrə istinadən Axios portalı yayıb.
Bildirilir ki, “Ukrayna və bəzi NATO müttəfiqləri Trampın Putinin mövqelərini nəzərə almadan münaqişəyə son qoymaq təklifi ilə razılaşa biləcəyi ilə bağlı narahatlığını özəl olaraq bildiriblər”.
Axios qeyd edir ki, tərəflərin "ortaq mövqe inkişaf etdirməyə çalışacaqları" görüşün keçirilməsi ideyası cümə günü Ukrayna, Amerika və Avropa rəsmiləri arasında söhbət zamanı yaranıb.
Portal vurğulayır ki, görüşün təfərrüatları və iştirakçıların tərkibi hələ razılaşdırılır. Eyni zamanda Axios mənbəyi hesab edir ki, Ukraynadan mümkün ərazi güzəştləri Vladimir Zelenskinin ölkədə referendum keçirməsini tələb edəcək.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ