İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyadan sensasion təhdid: "Hərbi qarşıdurma olacaq, Azərbaycan və Ermənistan..."

Rusiyalı iqtisadçı Vasili Koltaşov ABŞ-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında imzalanan sazişi “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi üçün təhlükə adlandırıb.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu razılaşma ABŞ nəzarəti altında baş tutduğu üçün regionda geosiyasi balansı dəyişə bilər.

Koltaşov "Sputniklive"ə açıqlamasında bildirib ki, Zəngəzur dəhlizinin ABŞ-ın idarəsinə keçməsi Rusiyadan Hindistana uzanan ticarət marşrutuna və həmçinin İrana ciddi təhdid yaradır:

“Artıq bu bölgədə ABŞ təsirində olan ölkələr olacaq. Bu isə istənilən an hərbi qarşıdurmaya qədər gedib çıxa biləcək böhranı təşviq edə bilər”.

Ekspertin sözlərinə görə, Rusiya uzun müddət diplomatik yolla belə bir inkişafın qarşısını almağa çalışsa da, uzunmüddətli perspektivdə bu səylər nəticə verməyib:

“Ermənistan və Azərbaycanın ABŞ–Böyük Britaniya təsiri altına düşmək istəyi üstün gəldi”.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR