İnsanlara hürriyət, millətlərə istiqlal!

Zatulinin növbəti qarayaxması – Azərbaycan və Ermənistanın sülh addımına qarşı düşmən ritorikası

Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə də Azərbaycana qarşı qərəzli və düşmən mövqeyini nümayiş etdirib.

Musavat.com xəbər verir ki, rus parlamentarisi bəyan edib ki, “Paşinyan və Əliyev Qafqazda Rusiyanın təsirinin saxlanılmasında maraqlı deyillər”.

Bu açıqlama təsadüfi sayılmır. Zatulin uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe tutmaqla tanınır. O, Qarabağ işğal altında olduğu dövrdə də dəfələrlə ölkəmizin icazəsi olmadan həmin ərazilərə qanunsuz səfərlər edib. Məhz bu hərəkətlərinə görə Azərbaycan hökuməti onu “qara siyahı”ya salıb və ölkəyə girişinə sanksiya tətbiq edib.

İndi isə Zatulin Azərbaycanın Ermənistanla əldə etdiyi son sülh razılaşmasını gözdən salmaq üçün yeni qaralama kampaniyasına start verib. Ekspertlər hesab edirlər ki, bu ritorika Rusiyanın regiondakı azalan nüfuzunun fonunda, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişinə qarşı Moskvanın bəzi dairələrinin narahatlığını əks etdirir.

Qeyd edək ki, Zatulin daha əvvəl də Bakı ilə münasibətləri gərginləşdirmək məqsədilə əsassız bəyanatlar səsləndirib və separatçı qüvvələrə dəstək verib. Onun bu dəfəki açıqlaması isə həm Azərbaycan, həm də Ermənistanın müstəqil qərar verməsinə qarşı açıq mesaj kimi qiymətləndirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR