Onlayn ictimai-siyasi qəzet
ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Ev qarşısında rəsmi şəkildə qarşılayıb.
Musavat.com xəbər verir ki, Tramp Paşinyanı salamlayaraq əl sıxıb və media önündə qısa müzakirə aparıblar.
Daha sonra görüş iki lider arasında bağlı qapılar arxasında ikitərəfli danışıqlarla davam edir.
Paşinyanla görüşdən sonra Prezident Tramp Azərbaycan Prezidenti İlham Əliyevlə Ağ Evdə genişmiqyaslı danışıqlarda ayrıca görüşəcək.
Bu görüş uzun müddətdir gözlənilən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması ümidlərini artırır.
Prezident Tramp hər iki ölkə rəhbəri ilə münasibətləri gücləndirmək və regionda sülhün təşviqi üçün əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Görüşlər başa çatdıqdan sonra Oval Ofisdə jurnalistlərə nəticələr barədə rəsmi açıqlama veriləcəyi gözlənilir.
***
Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda görüş başlayıb.
Görüş Azərbaycan-Ermənistan sülh gündəliyinin müzakirəsi çərçivəsində keçirilir və regionda sabitliyə dair vacib qərarların qəbul ediləcəyi gözlənilir.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ