Onlayn ictimai-siyasi qəzet
İsrailin Baş naziri Benyamin Netanyahu girovların azad olunması ilə bağlı danışıqların dayanması fonunda Qəzza zolağında hərbi əməliyyatların genişləndirilməsində israr edir. Bu barədə Axios nəşri adının açıqlanmasını istəməyən israilli rəsmiyə istinadla məlumat yayıb.
Musavat.com xəbər verir ki, mənbənin sözlərinə görə, Netanyahu HƏMAS-ın danışıqlarda real maraqlı olmadığını düşünür və girovların azad edilməsinin yeganə yolunun təşkilatın hərbi cəhətdən məğlub edilməsindən keçdiyinə inanır.
Eyni zamanda, İsrail aktiv döyüş zonasından kənarda və HƏMAS-ın nəzarət etmədiyi ərazilərə humanitar yardım göndərilməsini davam etdirəcək.
Musavat.com
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ