İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan geri çəkildi: ABŞ mallarına rüsum tətbiq etməyə hazırlaşmırıq

Hindistan ABŞ-ın 25 faizlik ticarət tariflərinə cavab olaraq bu ölkənin mallarına yüksək tarif tətbiq etməyə hazırlaşmır.

Musavat.com xəbər verir ki, bu, Hindistan Xarici İşlər Nazirliyinin X  hesabında  yerləşdirilmiş açıqlamada əksini tapıb. tətbiq etməsinə cavab hazırlaması ilə bağlı yayılan xəbərləri təkzib edib.

Nazirlik xüsusilə Hindistanın rüsumlardan azad edilən Amerika mallarının siyahısına yenidən baxdığına dair məlumatların saxta olduğunu bildirir. Həmçinin Hindistanın "düşmən iqtisadi siyasət davam edərsə" Birləşmiş Ştatlarla bəzi ikitərəfli sazişləri dayandırmaq və ya yenidən nəzərdən keçirmək istədiyinə dair xəbər də yalan adlandırılıb.

Məsələyə yaxın mənbələr Hindustan Times-a bildiriblər ki, Hindistan və ABŞ qarşılıqlı faydalı ticarət sazişi bağlamaq üçün "aktiv işləyirlər". Nəşr mənbədən sitat gətirir: "Hazırda biz virtual şəkildə qarşılıqlı əlaqədəyik və çox güman ki, Amerika danışıqlar qrupu bu ay  Hindistana səfər edəndə qalan fikir ayrılıqlarını həll edəcəyik".

Bundan əvvəl Ağ Evin rəhbəri ABŞ-ın Hindistana 25 faiz ticarət rüsumları tətbiq etdiyini bildirmişdi. O qeyd edib ki, iki ölkə arasında dostluq münasibətlərinə baxmayaraq, ABŞ "çox yüksək tariflər" və "sərt və iyrənc qeyri-pul maneələri" səbəbindən Hindistanla "nisbətən az" ticarət edir. Tramp Hindistanın “hərbi texnikasının böyük hissəsini həmişə Rusiyadan aldığına” və eyni zamanda Rusiyanın enerji resurslarının “ən böyük alıcısı olan Çinlə birlikdə” olmasına diqqət çəkib. Bununla bağlı Trampın sözlərinə görə, Hindistan 25 faiz rüsum ödəyəcək.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR