Onlayn ictimai-siyasi qəzet
"Real Madrid"də daha bir ayrılıq yaşanır.
Söhbət 23 yaşlı hücumameyilli yarımmüdafiəçi Reinier Jesusdan gedir.
Artıq onun keçəcəyi yeni komandasının da adı məlumdur. Gənc oyunçu "Atletiko Mineyro"da çıxış edəcək. Tərəflər bununla bağlı razılıq əldə edib.
Qeyd edək ki, madridlilər braziliyalını 2020-ci ildə 30 milyon avroya "Flamenqo" klubundan almışdı, lakin onun əsas komandada çıxış etmək fürsəti olmadı və sadəcə klubun B komandasında 3 oyuna 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qaldı. O, illər ərzində icarə əsasında "Borussia Dortmund", "Jirona", "Frosinone", "Qranada" klublarında da çıxış edib.//Offsideplus.az
04 Avqust 2025
03 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ