İnsanlara hürriyət, millətlərə istiqlal!

İkardinin sevgilisi Ayasofya məscidinə getdi - Bu FOTOYA görə onları susdurdu

"Qalatasaray"ın ulduz futbolçusu Mauro İkardinin sevgilisi, argentinalı model və aktrisa China Suarez Ayasofya məscidini ziyarət edərkən paylaşdığı foto ilə gündəmə gəlib.

Musavat.com xəbər verir ki, 33 yaşlı aktrisa sosial media hesabında bu ziyarət zamanı çəkdirdiyi fotosunu paylaşdıqdan sonra bəzi izləyicilərin tənqidlərinə məruz qalıb.

Bir istifadəçi Suarezin fotosuna “Gülməli görünürsən” yazıb, məşhur modelin cavabı isə gecikməyib.

China Suarez bu tənqidə belə cavab verib:

“Burada dini məkanlara daxil ola bilmək üçün baş örtüyü taxmaq məcburidir! Bu, bir dəb deyil, başqa mədəniyyətlərə və dinlərə hörmət əlamətidir”.

Suarezin bu mövqeyi sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Avqust 2025

03 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR