İnsanlara hürriyət, millətlərə istiqlal!

Yəmən sahillərində miqrant faciəsi: 68 nəfər öldü, onlarla insan itkin düşüb

Yəmən sahillərində qeyri-qanuni afrikalı miqrantları daşıyan gəminin batması nəticəsində ölənlərin sayı 68-ə çatıb.

Musavat.com xəbər verir ki, bu barədə Associated Press agentliyi məlumat yayıb. Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) açıqlamasına görə, hadisə zamanı ümumilikdə 154 nəfər – hamısı Efiopiya vətəndaşı – gəmidə olub. Onlardan cəmi 12 nəfəri xilas etmək mümkün olub.

Məlumata əsasən, hələ də 74 nəfər itkin düşmüş sayılır. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Afrikadan Yaxın Şərqə və daha sonra Avropaya miqrasiya cəhdləri tez-tez insan faciələrinə səbəb olur. Bu hadisə də qeyri-qanuni köç yollarının nə qədər təhlükəli olduğunu bir daha göstərir. 

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR