İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkiyənin keçmiş prezidentinin BU GÖRÜNTÜLƏRİ gündəm oldu - VİDEO

Türkiyənin 10-cu prezidenti Əhməd Necdət Sezər uzun müddət ictimai həyatdan uzaqda qalmasından sonra ilk dəfə olaraq Ankarada təşkil edilən musiqi festivalında görüntülənib.

Musavat.com xəbər verir ki, sadə və sakit həyat tərzi ilə tanınan sabiq prezident tədbirə nəvəsi ilə birlikdə qatılıb.

Festival zamanı pilləkənlərlə enərkən görünüşü və ətrafdakı şəxslərdən dəstək alması diqqətdən yayınmayıb. Onun görüntüləri sosial şəbəkələrdə yayılaraq geniş müzakirələrə səbəb olub.

Ankara Musiqi Festivalında tamaşaçı qismində iştirak edən Sezər sakit davranışı və təvazökarlığı ilə seçilib. İctimaiyyət qarşısında nadir hallarda görünən sabiq prezidentin bu görüntüləri media və sosial platformalarda maraqla qarşılanıb.

Əhməd Necdət Sezər kimdir?

13 sentyabr 1941-ci ildə Afyonkarahisarda anadan olan Sezər Ankara Universitetinin Hüquq fakültəsini bitirib. Hüquq karyerası boyunca Kassasiya və Konstitusiya məhkəmələrində çalışıb, 1988-ci ildə Konstitusiya Məhkəməsinin sədri seçilib.

2000-ci ildə Türkiyə Böyük Millət Məclisi tərəfindən ölkənin 10-cu prezidenti seçilən Sezər vəzifədə olduğu müddətdə qərəzsizliyi, qanunun aliliyinə verdiyi önəm və sadə həyat tərzi ilə yadda qalıb. 2007-ci ildə prezidentlik müddəti başa çatdıqdan sonra siyasətdən uzaqlaşaraq ailəsi ilə birlikdə sakit həyat tərzinə üstünlük verib.

Musavat.com

Gözlerden uzak bir yaşam süren Ahmet Necdet Sezer'in son hali

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR