İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Putin cəzalandırılacaqmı: Tramp 8 avqust ultimatumuna aydınlıq gətirdi: “Bu, onun özündən asılıdır”

Musavat.com xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinə elan etdiyi 8 avqust tarixli atəşkəs ultimatumunun qüvvədə qalıb-qalmadığına dair suala cavab verib.

Ağ Evdə jurnalistlərin suallarını cavablandıran Tramp bu məsələ ilə bağlı konkret mövqe bildirməkdən yayınıb və topu Kremlə atıb:

“Bu, ondan asılı olacaq. Gözləyək, nə deyəcək. Bu, onun öz qərarıdır.”

Xatırladaq ki, Tramp ötən həftə Rusiya Prezidenti Vladimir Putinə 8 avqusta qədər Ukraynada atəşkəsə razılıq verməsi üçün son tarix qoymuşdu. Siyasi müşahidəçilər bu bəyanatı sülh təşəbbüsü ilə yanaşı, diplomatik təzyiq vasitəsi kimi qiymətləndirmişdi.

Lakin ABŞ prezidentinin son açıqlaması onun Kremlə əlavə vaxt tanımaq və danışıqlar üçün manevr imkanlarını açıq saxlamaq niyyətində olduğunu göstərir.

Ekspertlər bu yumşalmağı gələn həftə gözlənilən Tramp-Putin (Zelenski) görüşünün baş tutması üçün strateji gediş kimi şərh edirlər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR