Onlayn ictimai-siyasi qəzet
Musavat.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Oleksandr Sırski Sumı vilayətində əks-hücum əməliyyatlarının davam etdiyini və yeni uğurlar əldə olunduğunu bildirib.
TSN-ə verdiyi müsahibədə Sırski deyib: “Yunakivka kəndinin üçdə ikisini itirmişdik, amma ordumuzun uğurlu əməliyyatları nəticəsində ərazinin yarısından çoxu yenidən nəzarətimiz altına keçib. Bundan əlavə, Kondratovka və Andriyivka da nəzarətimizdədir. İndi isə növbəti bir yaşayış məntəqəsinin azad olunması üzərində işləyirik”.
Baş komandan bildirib ki, Ukrayna ordusu “addım-addım Sumı vilayətinin ərazilərini azad edir” və bu proses davamlı xarakter daşıyır.
Musavat.com
08 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ