İnsanlara hürriyət, millətlərə istiqlal!

“Qaradağ Şüşə Zavodu”nun borcu il keçdikcə artır - Milyonu ötdü

“Qaradağ Şüşə Zavodu” Açıq Səhmdar Cəmiyyətinin (ASC) külli miqdarda vergi borcu il keçdikcə artır. Ötən il yarım milyondan çox olan borc bu il 1 milyonu ötüb.

Musavat.com xəbər verir ki, ASC-nin bu gün üçün olan borcu 1 milyon 134 min manat olaraq göstərilir.

Qanuni təmsilçisi Əliyev İsgəndər İsrafil oğlu olan zavodun nizamnamə kapitalı 36 milyon manata yaxındır.

Xatırladaq ki, zavod 2023-cü ildə “Glass Vay” MMC tərəfindən özəlləşdirilib. Bu müəssisə isə vaxtilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə girov qoyulmuş “Inter Glass” ASC-nin bazasında təşkil edilib.

İ.Muradov
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR