Onlayn ictimai-siyasi qəzet
8 avqust 2025-ci ildə Vaşinqtonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşün nəticələrinə dair birgə bəyannamə imzalayıblar.
Musavat.com xəbər verir ki, sənəddə tərəflərin sülh prosesi istiqamətində razılığa gəldiyi qeyd olunub. Bəyannamədə, həmçinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Minsk Prosesi və onunla əlaqəli strukturlarının bağlanmasına dair Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən ATƏT-ə birgə müraciət imzalanıb.
Tərəflər ATƏT-in bütün iştirakçı dövlətlərini bu qərarı qəbul etməyə çağırıblar.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ