Onlayn ictimai-siyasi qəzet
Fələstinin Azadlığı Xalq Cəbhəsinin əsas nümayəndəsi Livanda öldürülüb.
Musavat.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, İsrail ordusu Fələstinin Azadlığı Xalq Cəbhəsinin Suriyadakı hərbi qanadının rəhbəri Məhəmməd Vaşahın (Əbu Xəlilin) zərərsizləşdirildiyini açıqlayıb.
Əməliyyat Livanın Bekaa bölgəsində Şin Betin dəstəyi ilə həyata keçirilib.
İsrail Ordusunun məlumatına görə, Vaşah digər qruplaşmalarla əlaqələri koordinasiya edib və İsrailə qarşı hücumların planlaşdırılmasında iştirak edib.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ