Onlayn ictimai-siyasi qəzet
ABŞ-ın Ohayo ştatında yerləşən Litl-Mayami çayının su səviyyəsi vitse-prezident Cey Di Vensin ailəsi ilə birlikdə qayıqla gəzintisi zamanı təhlükəsizliyi təmin etmək məqsədilə müvəqqəti olaraq artırılıb.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" qəzeti məlumat yayıb.
Bu xəbəri ABŞ Gizli Xidmət rəsmiləri və Vensin mətbuat katibi Teylor Van Kirk təsdiqləyib.
Məlumata görə, 2 avqustda baş tutan gəzinti Vensin 41-ci doğum gününə təsadüf edib.
Van Kirk bildirib ki, Cey Di Vens çayda su axınının dəyişdirilməsi barədə əvvəlcədən məlumatlı olmayıb. Gizli Xidmətin təhlükəsizlik tədbirləri çərçivəsində bu qərar onun və komandasının xəbəri olmadan verilib.
ABŞ Ordusunun mühəndis korpusu suyun səviyyəsini qaldırmaq üçün Sizer Krik gölündən Litl-Mayami çayına əlavə su buraxıb. Bu tədbir çayda patrul aparan mühərrikli təhlükəsizlik qayıqları üçün kifayət qədər dərinlik yaratmaq məqsədi daşıyıb.
Məsələ ictimailəşdikdən sonra Ohayodakı demokrat siyasətçilər və digər ictimai fəallar bu hadisəyə tənqidi yanaşıblar. Gizli Xidmətin sözçüsü Entoni Qulielmi bildirib ki, görülən tədbirlər təhlükəsizlik qaydalarına tam uyğundur və bu kimi hallarda müvafiq qurumlarla əməkdaşlıq adi prosedurdur.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ