İnsanlara hürriyət, millətlərə istiqlal!

İran-Rusiya münasibətlərində çat: Moskvanın passivliyi Tehranda narazılıq yaradır

İran və Rusiya arasında son günlərdə gərginlik artır.

Musavat.com xəbər verir ki, Tehran rəhbərliyinə yaxın Strateji Araşdırmalar Mərkəzinin – İran Prezident Administrasiyasının tədqiqat bölməsinin – analitiki Əli Əkbər Dareyni CNN-ə verdiyi müsahibədə Moskvanın mövqeyindən narazılığını açıq şəkildə ifadə edib.

Dareyni bildirib ki, İran Rusiyadan daha fəal mövqe gözləyirdi:

“Bəlkə də ümid edirdik ki, Rusiya daha çox addım atacaq, əlavə tədbirlər görəcək. Bunu hərbi müdaxilə formasında etməyə bilərdi, amma əməliyyat dəstəyini gücləndirə, silah tədarükünü artıra, texnoloji yardım göstərə, kəşfiyyat məlumatlarını paylaşa bilərdi”.

CNN-ə danışan Qərb kəşfiyyat dairələrinin nümayəndələri isə bildiriblər ki, Moskvanın bu qədər kənarda qalması təəccüblü deyil.

Onların sözlərinə görə, bu, Rusiya-İran əməkdaşlığının mahiyyətini açıq şəkildə göstərir:

“Bu münasibətlər tamamilə biznes yönümlü və utilitar xarakter daşıyır. Moskva heç vaxt öz birbaşa maraqlarından kənara çıxaraq müdaxilə etmir – hətta tərəfdaşı, bu halda həyati əhəmiyyətli PUA tədarükçüsü hücuma məruz qaldıqda belə”.

Siyasi müşahidəçilər hesab edirlər ki, bu situasiya Tehranın Moskvaya etimadına mənfi təsir göstərə bilər və iki ölkə arasında strateji tərəfdaşlıq anlayışının real məzmununu yenidən gündəmə gətirir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

09 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR