Onlayn ictimai-siyasi qəzet
Avropa və Ukrayna liderləri şənbə günü Londonda ABŞ rəsmiləri ilə bir araya gələrək Vladimir Putinin mövqeyini müəyyənləşdirməyə və Donald Trampa bölgədə nələrin risk altında olduğunu çatdırmağa çalışıblar.
Musavat.com The New York Times-a istinadən xəbər verir ki, Böyük Britaniyanın baş naziri Kir Starmerin sözlərinə görə, görüşü xarici işlər naziri Devid Lammi və ABŞ-ın vitse-prezidenti Cey Di Vens aparıb. Tədbirdə Ukrayna və Avropadan yüksək səviyyəli nümayəndələr iştirak edib. Trampın xüsusi nümayəndəsi, ötən həftə Putinlə görüşmüş Stiven Uitkoff isə onlayn qoşulub.
Mənbəyə görə, Avropa liderləri Tramp və Putinin Kiyevin iştirakı olmadan razılaşma əldə edəcəyindən və bu razılaşmanı Zelenskiyə qəbul etdirməyə çalışacağından narahatdırlar. Onlar Alyaskada keçiriləcək sammitdə Ukrayna və Avropa ölkələrinin mütləq danışıqlar masasında olmasında israrlıdırlar.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ