İnsanlara hürriyət, millətlərə istiqlal!

Zelenski: Rusiya Ukraynanı bölə bilməz

"Rusiya yalnız ukraynalılar birgə dayanarsa, Ukrayna torpaqlarını idarə etmək arzusunda qalacaq".

Msuavat.com xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski deyib. O, bildirib ki, ABŞ-la əlaqələr demək olar ki, 24 saat fasiləsiz davam edir və bunların hamısı ictimaiyyətə açıqlanmır.

Zelenski qeyd edib ki, Rusiyaya Krımı ələ keçirməyə icazə verilməsi Donetsk və Luqanskın işğalına, daha sonra isə genişmiqyaslı müharibəyə gətirib çıxarıb.

“İndi Putin Xerson, Zaporojye, Luqansk, Donetsk və Krımı ələ keçirməsini bağışlatmaq istəyir. Biz Ukraynanın bölünməsinə imkan verməyəcəyik,” – deyə o vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR