İnsanlara hürriyət, millətlərə istiqlal!

Sülh danışıqlarında KRİTİK ŞƏRT: Rusiya tam demilitarizasiya tələb edir - Ukrayna razı olacaqmı?

Rusiya mümkün sülh danışıqları çərçivəsində Dneprin şərqindəki Ukrayna ərazilərinin tamamilə “demilitarizasiyasını” tələb edə bilər.

Musavat.com xəbər verir ki, bu barədə Almaniyanın WELT nəşri məlumat yayıb.

WELT-in yazdığına görə, bu, Ukrayna raketlərinin Moskvaya çata bilməməsi üçün Rusiyaya lazımdır.

Ekspertlər bildirirlər ki, münaqişənin həlli prosesi tərəflər arasındakı fundamental fikir ayrılıqları səbəbindən aylarla, bəlkə də illərlə uzana bilər.

Müəlliflər vurğulayırlar ki, belə bir ssenarinin həyata keçirilməsi Ukraynanı faktiki olaraq əsas ərazilərdə hərbi əməliyyatlar aparmaq imkanından məhrum edəcək.

Eyni zamanda, Ukrayna prezidenti Volodimir Zelenskinin administrasiyası Avropa İttifaqının liderləri və Avropa Komissiyasının sədri Ursula fon der Leyenin birgə bəyanatını yayaraq atəşkəs çağırışı edib.

Sənəddə həmçinin Ukraynanın hərbi və maliyyə dəstəyinin davam etdirilməsinin vacibliyi xüsusi qeyd olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR