İnsanlara hürriyət, millətlərə istiqlal!

İranın Azərbaycanla bağlı təhdidləri yalnız söz olaraq qalacaq – Tel-Əvivdən MESAJ

İsrailli politoloq, siyasi elmlər namizədi Yuri Boçarov hesab edir ki, Zəngəzur dəhlizinin reallaşması istiqamətində proseslər sürətlənir və bu layihədə maraqlı dövlətlərin sayı artır.

Musavat.com xəbər verir ki, onun sözlərinə görə, bu gün dəhlizin uğurla həyata keçirilməsində ABŞ, Türkiyə, Azərbaycan, Mərkəzi Asiya ölkələri və artıq Ermənistanın özü belə maraqlıdır:

"Belə şəraitdə Prezident İlham Əliyev güclü beynəlxalq dəstəyə malikdir. Onun siyasi iradəsi və uzaqgörən strategiyası Azərbaycanı yenidən regional gündəmin mərkəzinə çıxarır. Buna görə də İranın Azərbaycanla bağlı təhdidləri ehtimal ki, yalnız söz olaraq qalacaq, son illərdə bu, dəfələrlə belə olub".

1yb.jpg (878 KB)
Yuri Boçarov 

Kim qazanır?

Ekspertin fikrincə, nəticədə Bakı Orta Asiyanı birbaşa Avropaya birləşdirən əsas nəqliyyat qovşağına çevrilir və bu prosesdə Rusiya ilə Çin kənarda qalır. Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan üçün bu, Avropa bazarlarına daha qısa, təhlükəsiz və sərfəli marşrut deməkdir. Həmçinin bu ölkələr Rusiya və Çin tərəfindən siyasi-iqtisadi təzyiqdən qismən azad olur.

İrəvan isə real iqtisadi stimul əldə edir – infrastrukturun inkişafı, tranzit rüsumlarının artması, yeni bazarlara çıxış və beynəlxalq layihələrə inteqrasiya. Bu, Ermənistan üçün təcriddən regional əməkdaşlığa keçid imkanıdır.

Türkiyə isə Azərbaycan və Xəzər regionu üzərindən Mərkəzi Asiya ilə birbaşa quru əlaqəsinə sahib olur ki, bu da onun türkdilli dünyadakı mövqeyini möhkəmləndirir, tranzit potensialını artırır və ticarət-energetika marşrutlarını genişləndirir.

Kim itirir?

Boçarovun sözlərinə görə, dəhlizin işə düşməsi Rusiya və İran üçün itki sayılır:

"Moskva Mərkəzi Asiyadan Avropaya yük daşımalarında monopoliyasını itirir və cənub sərhədlərində yeni risklərlə üzləşə bilər".

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR