İnsanlara hürriyət, millətlərə istiqlal!

"Qarabağ" rəhbərliyi köməklik göstərdi, bu keçid baş tutdu

«Qarabağ» qapıçısı Sadiq Məmmədzadəni icarəyə verib.

29 yaşlı gənc növbəti mövsümdə I Liqada özünü göstərəcək. O, «Difai» ilə müqaviləyə artıq qol çəkib.

Ağdam klubu bu keçidin gerçəkləşməsi üçün qarşı tərəfə böyük jest edib.

«Difai»nin Qarabağ qazilərinin təmsilçisi olmasını nəzərə alan «Qarabağ» rəhbərliyi «əlcək sahibi»nin alacağı maaşın bir hissəsini ödəməyi öz üzərinə götürüb. Ümumiyyətlə, «köhlən atlar» bu yay «fəlailər»ə ciddi dəstək verib.

Azərbaycan çempionu ötən həftələrdə bir neçə futbolçusunun «Difai»yə yollanmasına köməklik göstərib.  (sportinfo.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

11 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR