Onlayn ictimai-siyasi qəzet
Ukraynanın Müdafiə Qüvvələri Rusiya Federasiyasının Saratov vilayətində neft emalı zavodunu vurub.
Musavat.com xəbər verir ki, pilotsuz uçuş aparatı (PUA) ilə müəssisə ərazisinə endirilən zərbə nəticəsində partlayışlar və yanğın baş verib.
“Exilenova+” Telegram kanalı şəhərdə qara tüstünün qalxdığını göstərən video və fotolar yayımlayıb.
Saratov vilayətinin qubernatoru Roman Busargin avqustun 10-na keçən gecə dronların şəhərdə sənaye obyektinə hücum etdiyini təsdiqləsə də, hücum edilən obyektin dəqiq adını açıqlamayıb.
Musavat.com
12 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ