Onlayn ictimai-siyasi qəzet
Donbasın təslim edilməsi Rusiyaya yenidən Xarkova hücum etmək üçün şərait yaradacaq.
Musavat.com xəbər verir ki, bu barədə Müharibənin Tədqiqi İnstitutu (ISW) məlumat yayıb.
Analitiklərin qənaətinə görə, Donbasın itirilməsi rus qoşunlarına illərlə döyüşmədən mövcud müdafiə xəttini yarmaq, Xarkov vilayətinin sərhədlərinə çatmaq və İzyum istiqamətindən Xarkova hücuma keçmək imkanı verəcək.
ISW bildirir ki, Rusiya, Ukrayna üçün ciddi nəzarət mexanizmləri və təhlükəsizlik zəmanətləri nəzərdə tutulmadığı halda, demək olar ki, istənilən atəşkəsi pozacaq.
Musavat.com
10 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ