Onlayn ictimai-siyasi qəzet
Keniyanın qərbində ağır yol qəzası baş verib.
Musavat.com xəbər verir ki, Daily Nation nəşrinin məlumatına görə, azı 25 nəfər, o cümlədən bir körpə həyatını itirib.
Qəza, dəfn mərasimindən qayıdan sərnişinləri daşıyan avtobusun Kisumu şəhərindən Kakameqa istiqamətində hərəkət edərkən idarəetməni itirərək aşması nəticəsində qeydə alınıb. Hadisə yerinə xilasedicilər və təcili tibbi yardım briqadaları cəlb olunub.
Yerli hakimiyyət orqanları qəzanın səbəblərini araşdırır.
Musavat.com
10 Avqust 2025
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ