Onlayn ictimai-siyasi qəzet
Almaniya hökuməti Almaniyada silah istehsalı üçün zəruri olan Çin resurslarının tədarükünün gecikməsindən narahatdır.
Musavat.com Bild nəşrinə istinadən xəbər verir ki, bir çox şirkətlər hətta istehsalı dayandıra bilər.
Qəzetin yazdığına görə, Almaniya hərbi istehsalı artırır, lakin bunun üçün Çindən xammal, o cümlədən nadir torpaq metalları lazımdır. Getdikcə daha çox şirkət təchizat çatışmazlığından şikayətlənir. Qəzet qeyd edir ki, Almaniya hökuməti bu prosesdən narahatdır.
Beynəlxalq ticarət üzrə ekspert və hüquqşünas Əmir-Səid Qassabeh Çin xammalı qıtlığı ilə üzləşmiş şirkətlərə məsləhət verir. Onun sözlərinə görə, bu ilin aprel ayından "saysız-hesabsız sorğular" alır: "Təchizat sahəsində əhəmiyyətli dərəcədə pisləşmə gözlənilməlidir"i. Xüsusilə, kiçik və orta şirkətlərin çoxu yalnız "bir neçə həftəlik" ehtiyatlara malikdirlər. Əgər Çin tədarükləri gecikdirməyə davam edərsə, bəzi şirkətlər hətta istehsalı dayandırmalı olacaqlar.
Almaniya İqtisadiyyat Nazirliyi də vəziyyətdən narahatlığını bildirib: "Biz Çinin kritik xammala ixrac nəzarəti ilə bağlı riskləri çox ciddi qəbul edirik və vəziyyətə narahatlıqla baxırıq".
Təsirə məruz qalan şirkətlər daha sonra Çin hökuməti ilə problemli işlərə baxacaq Avropa Komissiyası ilə əlaqə saxlaya bilər.
Qeyd edək ki, qlobal nadir torpaq metal istehsalında Çinin payı təxminən 90 faizə çatır. Aprel ayında Çin hökuməti ABŞ-la artan ticarət mübahisələri fonunda bir neçə nadir torpaq elementini ixrac nəzarətinə məruz qalan mallar siyahısına daxil edib. Bundan sonra aprel və may aylarında nadir torpaq maqnitlərinin xarici ölkələrə tədarükü kəskin şəkildə azalıb və bu, ABŞ-da avtomobil istehsalçılarının istehsal zəncirlərində fasilələrə səbəb olub. İki ölkənin ticarət nümayəndə heyətləri arasında məsləhətləşmələrdən sonra bu məhsulların Amerika şirkətlərinə çatdırılması bərpa edilib.
Musavat.com
12 Avqust 2025
11 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ