İnsanlara hürriyət, millətlərə istiqlal!

"Şahed" dronlarında Hindistan komponentləri AŞKARLANDI

"Azad Iran" xəbər verir ki, Ukrayna hakimiyyəti Rusiyanın istifadə etdiyi İran istehsalı “Shahed-136” pilotsuz uçuş aparatlarında Hindistan istehsalı olan elektron komponentlərin tapıldığını bildirib.

Musavat.com xəbər verir ki, “Hindustan Times” qəzetinin məlumatına görə, bu komponentlər “Vishay Intertechnology” və “Aura Semiconductor” şirkətlərinə məxsusdur.

Hindistan Xarici İşlər Nazirliyinin nümayəndəsi məsələyə münasibət bildirərək, ölkənin ikili təyinatlı malların ixracında beynəlxalq “Nüvə Silahlarının Yayılmaması Müqaviləsi” öhdəliklərinə sadiq olduğunu və vəziyyətin tam araşdırıldığını vurğulayıb.

Ukrayna Prezidenti Aparatının rəhbəri Andrey Yermak isə Rusiya tərəfinin digər ölkələrdən komponent almasının qarşısının alınmasının vacibliyini vurğulayıb. O, Hindistanın Rusiyadan neft almasına da toxunaraq, bunun müharibənin maliyyələşdirilməsinə xidmət etdiyini və sülh prosesinə mane olduğunu vurğulayıb.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR