Onlayn ictimai-siyasi qəzet
Ukrayna prezidenti Vladimir Zelenski ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb.
Musavat.com xəbər verir ki, məlumatı Ukrayna prezidenti öz Telegram kanalında açıqlayıb.
Onun sözlərinə görə, danışıq məhsuldar olub: "Prezident Trampla məhsuldar söhbət. Əsas məsələ, əlbəttə ki, müharibəni bitirməkdir. Biz vicdanlı və davamlı sülh üçün göstərdiyi bütün səylərə görə ABŞ prezidentinə minnətdarıq. Həqiqətən də, qətlləri mümkün qədər tez dayandırmaq lazımdır, biz bunu tam dəstəkləyirik. Ruslar uzatmasaydı, müharibə bir neçə ay əvvəldən bitmiş olardı”.
O, həmçinin bildirib ki, iki ölkə arasında müdafiə sahəsində əməkdaşlıq da müzakirə edilib: "Dronlarla bağlı müqavilə layihəsi artıq Ukrayna tərəfindən hazırlanıb, biz onu ətraflı müzakirə edib bağlamağa hazırıq. Ən güclü razılaşmalardan biri ola bilər. Bizim canımızın müdafiəsini dəstəkləyən hər bir Amerika ürəyinə təşəkkür edirəm. Prezident Trampa təşəkkür edirəm!".
Zelenskinin sözlərinə görə, Amerika lideri ilə söhbət zamanı Ukrayna və ABŞ-ın mövqeləri razılaşdırılıb. Bildirilib ki, ruslar Ukrayna şəhərlərinə zərbələrin vəhşiliyini artırıblar: “Prezident Tramp Rusiyanın Kiyevə, digər şəhərlərimizə və icmalarımıza zərbələri barədə tam məlumatlıdır”,.
Bundan əlavə, tərəflər anti-Rusiya sanksiyalarını da müzakirə ediblər.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ