İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyanın neft-qaz gəlirləri 27 faiz azalıb

İyul ayında Rusiyanın neft-qaz gəlirləri illik müqayisədə 27 faiz azalaraq, bir il əvvəlki 1 trilyon 79 milyard rubla qarşı 787,3 milyard rubl təşkil edib. Musavat.com Rusiya Maliyyə Nazirliyinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ilin yanvar-iyul aylarında bu göstərici 18,5 faiz - 5,522 trilyon rubla qədər azalıb.

Maliyyə Nazirliyi bildirib ki, bu ilin iyul ayında neft və qaz kondensatı hasilatından vergilər büdcəyə 885,2 milyard rubl gəlir gətirib - bu, ötən ilin eyni dövrü ilə müqayisədə 34,3 faiz azdır. Eyni zamanda, qaz hasilatında vergi və qaza ixrac rüsumu iyulda illik ifadədə 2024-cü ilə nisbətən üç dəfədən çox artıb - 25,1 milyarddan 76,9 milyard rubla qədər.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR