İnsanlara hürriyət, millətlərə istiqlal!

Amerikalı aktrisa Kelli Mak VƏFAT ETDİ

Seriallardakı rolları ilə tanınan amerikalı aktrisa Kelli Mak 33 yaşında vəfat edib.

Bu barədə "The Hollyvood Reporter" jurnalı aktrisanın ailəsinə istinadən məlumat yayıb.

Onların məlumatına görə, Mak mərkəzi sinir sisteminin glioması ilə uzun müddət mübarizə apardıqdan sonra avqustun 2-də Ohayo ştatının Çinçinnati şəhərində vəfat edib.

Makın aktyorluq karyerası 2000-ci illərdə başlayıb. O, daha çox "Yeriyən ölülər" (“The Walking Dead”, 2010-2022) və "Çikaqo həkimləri" (Chicago Med, 2015-ci ildən indiyədək) seriallarındakı rolları ilə tanınır.

Aktrisanın son işi "Universal" (Universal, 2025) tammetrajlı filmində olub.//Report

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR