Onlayn ictimai-siyasi qəzet
Rusiya ilə Gürcüstan sərhədində yerləşən “Dariali” keçid məntəqəsində aclıq aksiyasına başlayan ukraynalıların sayı 11-ə çatıb.
Musavat.com xəbər verir ki, bunlar Rusiyadan deportasiya edilmiş keçmiş məhbuslardır.
Onlar Ukraynaya qayıtmağa çalışsalar da, Gürcüstan onları tranzit keçidinə buraxmır. Səbəb isə odur ki, ukraynalıların xarici pasportu yoxdur, yalnız müvəqqəti şəxsiyyət vəsiqələri var.
Hazırda həmin şəxslər Gürcüstanın sərhəd-keçid məntəqəsinin zirzəmisində yerləşdirilib.
Orada təxminən 100 nəfər, o cümlədən qadınlar qalır. Halbuki həmin yer cəmi 20 nəfərlik çarpayı ilə təmin olunub. SOTA yazır ki, insanlara demək olar ki, heç vaxt çölə buraxılmır, normal yaşamaq üçün şərait yoxdur.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ