İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistan Putini gözləyir – bəs o avqustda Delhiyə gedəcəkmi?

Hindistan avqustun sonunda Rusiya prezidenti Vladimir Putinin səfərini gözləyir və iki ölkə liderlərinin görüşündən əhəmiyyətli nəticələrə ümid edir.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu Hindistan baş nazirinin milli təhlükəsizlik üzrə müşaviri Ajit Doval Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu ilə görüşündə deyib.

"Prezident Putinin avqustun sonunda ölkəmizə planlaşdırılan səfəri barədə məlumat əldə etməkdən şad olduq. Çox vacibdir ki, sammit inkişaf üçün yeni istiqamətlər müəyyən edir və danışıqlarda mühüm, nəzərəçarpacaq nəticələr verir. Ona görə də ümid edirəm ki, bu görüş bizə sammitə hazırlaşmaq üçün mövqelərimizi qiymətləndirmək imkanı verəcək", - Hindistan baş nazirinin müşaviri qeyd edib.

Onu da qeyd edək ki, Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri RF prezidenti bir qayda olaraq xarici səfərlərə getmir. Bu xüsusda yalnız postsovet ölkələrə səfərlər istisnadır.

Bunun şəxsi təhlükəsizlik məsələsi ilə yanaşı, Beynəlxalq Cinayət Məhkəməsinin Putinin həbsinə dair order verməsidir. Roma Əsasnaməsini imzalayan ölkələr onu saxlayıb BMC-yə verməyə borcludurlar.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR