İnsanlara hürriyət, millətlərə istiqlal!

Litva baş nazirliyinə namizəd-Rus dili məktəblərdən yox olacaq!

Litva baş nazirliyinə namizəd İnqa Ruginene rus dilinin ölkənin məktəblərindən zamanla yox olacağını düşünür.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Sosial-demokrat partiyasından olan Ruginene bildirib ki, rus dili yaxın gələcəkdə Litva dövlət ümumi təhsil məktəblərində, eləcə də daha geniş sahələrdə tədricən itəcək.

Hazırda Litvada dövlət məktəbləri litva və polyak dillərində təhsil verir, burada rus dili ikinci xarici dil kimi seçmə əsasda tədris olunur. Həmçinin, rus dilində təhsil verən məktəblər də fəaliyyət göstərir.

Litva Konstitusiyası milli azlıqların ana dilində təhsil almaq hüququnu təmin edir.

Ruginene özünün Rusiya və Ukraynada qohumlarının olduğunu qeyd edib və litva dilində yüngül rus aksenti ilə danışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR