İnsanlara hürriyət, millətlərə istiqlal!

AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərildi - YENİ DETALLAR (video)

AZAL təyyarəsinin vurulan blokları ABŞ-a ekspertizaya göndərilib.

Musavat.com xəbər verir ki, bu barədə Qazaxıstanın Baş nazirinin müavini Kanat Bozumbayev Astanada keçirdiyi mətbuat konfransında məlumat verib.

Onun sözlərinə görə, AZAL-a məxsus Embraer-190 təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramış bortundakı aviyonika modulu — təyyarənin idarəetmə və naviqasiya blokları — ABŞ-ın "Honeywell International" şirkətinə ekspertizaya göndərilib. Sözügedən şirkət həmin avadanlığın istehsalçısıdır.

“Modul və GPS sistemi ilə bağlı qərarların koordinasiyası üçün Braziliya, Rusiya və Azərbaycan nümayəndələrinin iştirakı ilə beynəlxalq konfrans təşkil olunub”, – Bozumbayev bildirib.

Baş nazir müavini əlavə edib ki, mübahisəli aviasiya bloku ABŞ-ın Arizona ştatının Finiks şəhərinə göndərilib. Onun sözlərinə görə, hazırda üç altkomissiya üzrə sənədlərin təhlili aparılır və bütün ekspertiza mərhələləri başa çatdıqdan sonra yekun hesabatın hazırlanmasına başlanacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR