Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə mümkün görüş üçün şərt irəli sürüb.
Musavat.com xəbər verir ki, The New York Post qəzetinin yazdığına görə, Ağ Ev bu görüşün yalnız bir halda baş tuta biləcəyini bildirib – əgər Putin Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşməyə razılıq verərsə.
“Putin Zelenski ilə görüşməlidir ki, Trampla görüş baş tutsun. Görüşün yeri hələ müəyyən olunmayıb”, – deyə Ağ Ev nümayəndəsi qəzetə bildirib.
Bu, o deməkdir ki, Tramp Putinlə birbaşa dialoqu yalnız o halda mümkün sayır ki, Kreml rəhbəri Ukrayna tərəfi ilə də danışıqlara açıq olduğunu nümayiş etdirsin. Ağ Evin bu mesajı Rusiya-Ukrayna müharibəsində Vaşinqtonun balanslı və diplomatik çıxış yolu axtarışına sadiq qalmaq istədiyini göstərir.
Musavat.сom
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ