Onlayn ictimai-siyasi qəzet
İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağı üzərində nəzarəti saxlamaq niyyətində olmadıqlarını və bu ərazinin idarəsini ərəb qüvvələrinə təhvil vermək istədiklərini bəyan edib.
“Biz Qəzzanı idarə etmək istəmirik. İstəyirik ki, ora düzgün şəkildə idarə olunacaq, bizə təhdid yaratmayacaq və Qəzza sakinlərinə yaxşı həyat təmin edəcək ərəb qüvvələrinin nəzarətində olsun”, – deyə Netanyahu Fox News telekanalına müsahibəsində bildirib.
Musavat.com xəbər verir ki, o, İsrailin bu bölgəni saxlamaq niyyətində olmadığını, lakin ölkəsinin təhlükəsizliyi üçün ətraf perimetrdə nəzarəti təmin etməli olduğunu vurğulayıb.
Netanyahu əlavə edib ki, bu planın reallaşması “HƏMAS olduğu müddətdə mümkün deyil”.
Musavat.com
09 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ