İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ-dakı erməni lobbisi sülhə qarşı: “Ay Dat” yenə kin və təhdidlə danışır

Azərbaycanla Ermənistan arasında 7–8 avqust tarixlərində ABŞ-ın təşəbbüsü ilə keçiriləcək sülh danışıqları öncəsi ABŞ-dakı erməni lobbi təşkilatlarından biri olan “Ay Dat” (Daşnaksütyun təşkilatının lobbi qolu) yenidən qərəzli və destruktiv mövqeyi ilə gündəmə gəlib.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, təşkilatın yaydığı açıqlamada, Azərbaycan və Ermənistan liderlərinin sülh danışıqlarına dair mümkün razılaşmasının “etnik təmizləməni leqallaşdırdığı”, “xristian irsinin unudulduğu” və “Azərbaycanın guya Ermənistan ərazisini işğal etdiyi” iddiaları irəli sürülüb.

“Ay Dat” təşkilatının ABŞ bölməsinin icraçı direktoru Aram Hambaryan bildirib ki, iki ölkə arasında sülh mümkün deyil. O, ABŞ-ı “əsl sülh” yaratmağa çağırsa da, açıqlamasının ümumi ruhu sülhü sabotaj etməyə yönəlmişdir.

Açıqlamada ABŞ hökumətinə xitabən belə bir tələb irəli sürülür: “Vaşinqton sülh prosesi aparmaq istəyirsə, bu proses ədalətə yox, təzyiqə deyil, məsuliyyətə əsaslanmalıdır”.

Bundan əlavə, təşkilat Azərbaycanın irəli sürdüyü “Zəngəzur dəhlizi” ideyasını qəti şəkildə rədd etdiyini və bunu Ermənistanın suverenliyinə “təhdid” hesab etdiyini bildirib.

Qeyd edək ki, “Ay Dat” və onun daşıdığı ideologiya 20-ci əsrin əvvəllərindən bəri terroru və radikal millətçiliyi müdafiə edən, Daşnaksütyun partiyasına bağlıdır. Bu açıqlama da bir daha göstərir ki, ABŞ-da yerləşən erməni təşkilatları sülh prosesində tərəf olmaq deyil, əksinə bu prosesi pozmaq, Ermənistanda revanşist əhval-ruhiyyəni qızışdırmaq, həmçinin Azərbaycanı beynəlxalq müstəvidə ləkələmək məqsədi güdürlər.

Təşkilatın sülhə deyil, münaqişənin davamına xidmət edən bu açıqlamaları, regionda sabitliyi istəmədiklərinin və sülh prosesini qəbul etmədiklərinin açıq göstəricisidir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR