Onlayn ictimai-siyasi qəzet
Xarici mətbuatda, The Guardian, +972 Magazine və Local Call tərəfindən aparılan araşdırmad, İsrail ilə Microsoft arasında gizli bir əməkdaşlığı ifşa edildiyi iddia olunub.
Musavat.com xəbər verir ki, bu barədə Türkiyənin “Sabah” qəzeitndə informasiya yayılıb.
Araşdırmaya görə, İsrailin hərbi kəşfiyyat orqanı Unit 8200, milyonlarla Filistin vətəndaşının telefon danışığını qeydə alan və bulud texnologiyası ilə saxlayan gizli bir izləmə sistemi qurub. Toplanan məlumatların böyük hissəsi Microsoft-un Avropadakı serverlərində yerləşdirilib.
Mənbələrin bildirdiyinə görə, 2021-ci ilin sonlarında Unit 8200 rəhbəri Yossi Sariel, ABŞ-ın Seattle şəhərində Microsoft CEO-su Satya Nadella ilə görüşərək Microsoft Azure platformasında kəşfiyyat məlumatlarının saxlanması üçün texniki və logistik dəstək istəyib. Görüşdən sonra Microsoft-un mühəndisləri ilə sıx əməkdaşlıq çərçivəsində “saatda bir milyon zəng” şüarı ilə işləyən bir sistem qurulub.
Sızdırılan sənədlərə əsasən, sistemin məqsədi təkcə konkret hədəfləri deyil, ümumi əhalini izləmək olub. “Noisy Message” adlı başqa bir alt sistem isə, Filistinlilərin yazışmalarını təhlil edərək onlara risk balı verir. Sarielin rəhbərliyi ilə 2015-ci ildən etibarən “profil əsaslı yox, kütləvi izləmə” konsepsiyası tətbiq olunub.
Araşdırma göstərir ki, toplanan məlumatlar təkcə təhlükəsizlik deyil, həm də hədəf seçimi və hava hücumlarının planlanması üçün istifadə olunub. Telefon danışığı qeydləri analiz edilərək, Gazze və İordan çayının qərb sahilindəki mülki şəxslərin hərəkətləri izlənib, bəzi hallarda isə kalabalıq yerlərdə geriyə dönük dinləmələrlə hücum qərarları verilib.
2025-ci ilin iyul ayına qədər sistemdə saxlanılan məlumat həcminin 11.500 terabaytı keçdiyi, bu isə təqribən 200 milyon saatlıq səs qeydi demək olduğu bildirilir. Bu arxivlərin çoxunun “gizli” və “çox gizli” statusunda olduğu vurğulanır.
Microsoft, məsələ ilə bağlı açıqlamasında sistemlərin mülki şəxslərin izlənməsi üçün istifadə edildiyindən xəbərlərinin olmadığını bildirib.
Musavat.com
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ