İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiyada Stalin dövrünün repressiv metodları geri dönüş — 60 şübhəli ölüm, yüz minlərlə məhbus cəbhədə

Rusiyada sovet dövrünün ən repressiv metodları müasir lərə tam uyğunlaşdırılıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə Rusiyanın hüquq müdafiəçisi və "Gulagu-net!" layihəsinin qurucusu Vladimir Oseçkin Ekspress Meedia nəşrinin redaktoru Hans Luik ilə müsahibəsində danışıb.

Oseçkin xüsusilə Stalinin dövründə istifadə olunan məhbusların cəbhəyə cəlb edilməsi və Beriyanın metodlarının Rusiyada yenidən tətbiqinə diqqət çəkib.

Onun sözlərinə görə, Rusiya Federal Cəza İcraatı Xidməti (FSIN) sistemli şəkildə məhbusları öncədən müharibəyə hazırlayıb və artıq 100 mindən çox məhbus Ukraynada gedən münaqişədə iştirak edir. Bu, Kremlin KQB və Sovet İttifaqı məhkəmə sisteminin mirasçısı kimi yeni GULAG-ı öz məqsədlərinə uyğun idarə etməsinin göstəricisidir.

Müsahibədə GRU polkovniki Salikovun Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə ayaq basan ilk rus zabiti olduğu qeyd edilir. O, Niderlanddakı "Vaqner" döyüşçüləri ilə əlaqə saxlayaraq Fransaya gedib orada sui-qəsdlər həyata keçirmək imkanlarını müzakirə edib.

Oseçkinin fikrincə, ən narahatedici məqamlardan biri isə 60-dan çox şübhəli ölümün Rusiyanın Xarici Kəşfiyyat Xidməti (SVR) və Federal Təhlükəsizlik Xidməti (FSB) əlaqələndirilməsi ilə bağlıdır.. Bu "aktiv tədbirlər" kimi təqdim olunur və Avropa xüsusi xidmət orqanlarında bununla bağlı böyük həcmli məlumat toplanıb. Lakin problem ondadır ki, bu məlumatların hamısı istintaqa ötürülmür.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR