İnsanlara hürriyət, millətlərə istiqlal!

İstanbul Böyükşəhər Bələdiyyəsində 100 milyonluq “kreş” iddiası

“İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) nəzdində fəaliyyət göstərən bəzi kreş və məktəb layihələri ətrafında 100 milyon lirəlik korrupsiya sxemi həyata keçirilib”.

Musavat.com xəbər verir ki, bu iddia Türkiyədə iqtidara yaxınlığı ilə bilinən “Sabah” qəzetində ortaya atılıb.

Qəzetin xəbərinə görə, İBB-yə qarşı aparılan 4-cü dalğa istintaq çərçivəsində həbs olunan iş adamı Sarp Yalçınkaya, İstanbul Cümhuriyyət Baş Prokurorluğuna verdiyi ifadəsində bu sxemin detallarını açıqlayıb. O, İBB-nin keçmiş sədri Əkrəm İmamoğlu və yaxın çevrəsinin xeyriyyə adı altında gizlədilən tender oyunları vasitəsilə külli miqdarda vəsait mənimsədiyini iddia edib.

Yalçınkayanın sözlərinə görə, bəzi iş adamlarına bələdiyyənin nəzarətində olan kreş və məktəbləri “xeyriyyə məqsədli” tikdirmələri təklif olunub. Bu layihələr daha sonra kağız üzərində İBB tərəfindən özəl bir şirkətə tenderlə “verilmiş” kimi göstərilərək həmin şirkətə bələdiyyə büdcəsindən 100 milyon lirə ödənilib. Sonda isə bu məbləğlərin Fatih Keleş adlı şəxsə çatdırıldığı irəli sürülür.
Məqalədə qeyd olunur ki, layihəni könüllü həyata keçirən Beyazlar İnşaat şirkəti, dövlət tərəfindən ayrılan vəsaitin sxem üzrə başqa şəxslərə yönəldiyini anladıqdan sonra işi dayandırıb.

Yalçınkaya həmçinin iddia edir ki, Əkrəm İmamoğlunun Beylikdüzü Bələdiyyəsinə rəhbərlik etdiyi dövrdə, bir iş adamından inşaat ruhsatı üçün 5 milyon lirə “tələb edilib”. Fatih Keleşə ödənişdən sonra əlavə tikinti bloku verilsə də, sonradan bu blok bələdiyyə tərəfindən ləğv olunub. Nəticədə, müteahhitin iflas etdiyi bildirilir.

Sarp Yalçınkaya ifadəsində həmçinin İmamoğlunun CHP rəhbərliyini ələ keçirmək və prezidentlik ambisiyalarını reallaşdırmaq məqsədilə xüsusi bir fond sistemini aktivləşdirdiyini də irəli sürüb. Fondun pullarının xüsusi jetlərlə Londona göndərildiyi iddia olunur.


Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR