Onlayn ictimai-siyasi qəzet
Türkiyəli ulduz futbolçu Arda Gülerin hovuzda sevgilisi ilə görüntüsü marağa səbəb olub.
Onun voleybolçu sevgilisi Duru Naymanla əyləncəli anları yayılıb.
"Real Madrid" və Türkiyə milli komandasının parlayan ulduzu Arda Güler, təkcə futboldakı uğurları ilə deyil, şəxsi həyatı ilə də tez-tez gündəmə gəlir. Gənc futbolçu uzun müddətdir münasibətdə olduğu basketbolçu sevgilisi Duru Nayman ilə olan paylaşımları ilə sosial mediada maraqla izlənir.
Cütlük ilk dəfə keçən il "Thibaut Courtois"nın sənədli filminin qalasında əl-ələ obyektivlərə poz verərkən görüntülənmişdi. Daha sonra isə münasibətlərini sosial media vasitəsilə rəsmi şəkildə elan etmişdilər.
Arda Güler son olaraq sosial şəbəkədə sevgilisi ilə hovuzda əyləncəli anlarını paylaşaraq yenidən gündəmə gəlib. Videoda Arda və Duru hovuzda başları ilə topu çiləyərək bir-birilərinə ötürür, bu əyləncəli və romantik anlar izləyicilərin də marağına səbəb olub.
Cütlük bir neçə həftə əvvəl dünya ulduzu Jennifer Lopezin Antalyada keçirilən konsertinə də qatılmış, konsertdən sonra məşhur müğənni ilə bir araya gələrək xatirə fotosu çəkdirmişdi. Bu görüntülər də sosial mediada geniş müzakirə olunmuşdu.
İstedadı, futbola olan sevgisi və təvazökarlığı ilə təkcə Türkiyədə deyil, bütün Avropada diqqət mərkəzində olan Arda Güler, "Real Madrid"dəki karyerasında inamla irəliləyir. Həm klubda, həm də milli komandada göstərdiyi performansla həm məşqçilərin, həm də azarkeşlərin rəğbətini qazanıb./Milli.az/
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ