İnsanlara hürriyət, millətlərə istiqlal!

Putinə Hindistandan dəvət: Trampın sanksiyalarına cavab gedişi?

Rusiya prezidenti Vladimir Putin Hindistanın milli təhlükəsizlik müşaviri Acit Doval ilə görüşüb. Görüşdə Doval Hindistanın baş naziri Narendra Modinin Putinə rəsmi səfət üçün göndərdiyi dəvəti çatdırıb.

Musavat.com xəbər verir ki, görüş ABŞ prezidenti Donald Trampın Hindistan mallarına əlavə 25 faizlik gömrük rüsumları tətbiq etməsindən dərhal sonra baş tutub. Tramp bu qərarı Hindistanın Moskva ilə enerji əməkdaşlığına cavab olaraq verib.

Kreml tərəfdən Putinin Hindistan səfətinə dair konkret tarix açıqlanmasa da, analitiklər bu görüşü Vaşinqtonun yeni təzyiqlərinə qarşı strateji addım kimi qiymətləndirirlər. ABŞ-ın mövcud və ya gələcək sanksiyalarına baxmayaraq, Rusiya-Hindistan əlaqələrinin möhkəmlənməsi diqqət mərkəzindədir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR