İnsanlara hürriyət, millətlərə istiqlal!

Qəzza sakinləri bu ölkələrə KÖÇÜRÜLÜR – SSENARİ HAZIRDIR

ABŞ-ın aparıcı konsaltinq şirkətlərindən biri olan "Boston Consulting Group" israilli iş adamlarının sifarişi ilə Qəzza zolağında yaşayan fələstinlilərin Somaliya və özünü müstəqil elan etmiş Somaliland ərazisinə köçürülməsi ilə bağlı mümkün ssenariləri modelləşdirib.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" (FT) qəzeti mənbələrə istinadən məlumat yayıb.

Qəzetin yaydığı məlumata görə, bu istiqamətdə hazırlanan araşdırma 2025-ci ilin martında yekunlaşıb.

Bildirilir ki, "Boston Consulting Group" Qəzzadan kənarda fələstinlilər üçün yaşayış sahələrinin icarəsi və tikintisi, ərzaq və tibbi xidmətlərlə təminat daxil olmaqla, "müvəqqəti köçürülmə"nin müxtəlif iqtisadi variantlarını təhlil edib.

Şirkət müxtəlif ölkələrdə Qəzza sakinlərinin yerləşdirilə biləcəyi ərazilərin siyahısını da təqdim edib.

Həmin siyahıda Somali ilə yanaşı, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirliklərindəki yaşayış məntəqələrinin də adı çəkilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR