İnsanlara hürriyət, millətlərə istiqlal!

Apple rəhbəri Trampa qızıl altlıqlı şüşə suvenir hədiyyə etdi

Amerikanın texnologiya nəhəngi Apple şirkətinin baş direktoru Tim Kuk ABŞ Prezidenti Donald Trampa şirkətin loqosu həkk olunmuş şüşə disk hədiyyə edib. Disk 24 karatlıq qızıldan hazırlanmış altlıq üzərində təqdim olunub.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə The New York Tımes qəzeti məlumat yayıb.

Çərşənbə günü Tim Kuk Ağ Evdə Trampın çıxışında iştirak edib. Həmin çıxışda ABŞ Prezidenti Apple şirkətinin yaxın bir neçə ildə ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoyacağını elan edib. Tim Kuk isə öz növbəsində bildirib ki, Apple yaxın vaxtlarda iPhone və Apple Watch cihazları üçün bütün şüşələri Kentukki ştatında yerləşən zavodda istehsal edəcək.

Tədbir zamanı Kuk Trampa üzərində ABŞ Prezidentinin adı, Apple loqosu, Tim Kukun imzası və “ABŞ-da hazırlanıb” yazısı olan dairəvi şüşə disk təqdim edib. Onun sözlərinə görə, disk qızıldan hazırlanmış xüsusi altlığın üzərində təqdim olunub.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Avqust 2025

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR