Onlayn ictimai-siyasi qəzet
Çeçenistanın başçısı Ramzan Kadırov oğlu ilə birgə Rusiyaya rəsmi səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti Məhəmməd bin Zayed Əl Nəhyanı qarşılayıb.
Musavat.com TASS-a istinadən xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Moskvada rəsmi səfərdə olan BƏƏ lideri ilə Kremldə danışıqlara başlayıb.
Rusiya prezidentinin mətbuat xidmətindən bildirilib ki, müzakirə mövzusu iki ölkə arasında əməkdaşlığın inkişafı və Yaxın Şərqdəki vəziyyət olacaq.
Əbu-Dabi də öz növbəsində iki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif aspektləri və onun gücləndirilməsi yollarının, xüsusən də birgə inkişafa töhfə verən iqtisadi, ticarət, investisiya, enerji və digər sahələrdə müzakirə edildiyini açıqlayıb.
Musavat.com
08 Avqust 2025
07 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ