Onlayn ictimai-siyasi qəzet
Almaniyanın “Fortuna Düsseldorf” futbol klubu azarkeşlərin ciddi narazılığından sonra israilli hücumçu Şon Veysmanla müqavilə imzalamaqdan imtina edib.
Musavat.com xəbər verir ki, futbolçu dəfələrlə fələstinlilərin qətlə yetirilməsini dəstəkləyən paylaşımları bəyənib və paylaşıb.
O, həmçinin “Qəzzanı xəritədən silmək” çağırışı edib.
“Qəzzada heç kim sağ qalmamalıdır”, - Şon Veysman yazıb.
Musavat.com
06 Avqust 2025
ŞƏRHLƏRŞƏRH YAZ