İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşdü

Bakıdan Qaxa istirahətə gələn ailə yol qəzasına düşüb.

Məlumata görə, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın Əmbərçay kəndi ərazisindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini 29 yaşlı Elşən Abdullayev idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yoldan çıxaraq öncə ağaca dəyib, daha sonra isə aşıb.

Qəza zamanı sürücü Elşən Abdullayev və onun atası 70 yaşlı Eldar Abdullayev müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Qax Rayon Mərkəzi Xətəxanasına yerləşdiriliblər.

Məlumata görə, avtomobildə sürücünün anası da olub, lakin qadın xəsarət almayıb.

Faktla bağlı araşdırma aparılır.//APA

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Avqust 2025

BÜTÜN XƏBƏRLƏR